AZ EN RU

Haqqımızda

1. Zaman sizin üçün işləyir

Yeni bir iş, biznes qurmaq. Yeni komanda toplamaq. Uğura doğru addımlamaq və ən başlıcası, nəyə qadir olduğunuzu özünüzə sübut etmək. Hər bir uğurlu iş adamının arxasında onun komandası durur. Bu komandanın bir araya gəlib birlikdə inkişaf etməsi üçün tələb olunan məkan əlbəttə ki, ofisdir. Ofis bizim üçün sadəcə iş yeri deyil, o, bizim ikinci evimizdir. Çalışdığımız ofisin rahat olması, müasir və beynəlxalq tələblərə cavab verməsi vacib şərtdir. Ofis dahi ideyaların yarandığı, ən qızğın mübahisələrin aparıldığı, ən böyük qələbələrin qeyd olunduğu məkandır. Ofis sizin biznesinizin simasıdır. Sizə özünüzə layiq iş məkanını təqdim edirik.

2. Zaman sizə yeni bir şans verir

“Time” Biznes Mərkəzi sizə və komandanıza ideal şərait təqdim edir. Ən tələbkar zövqləri belə qane edəcək konseptlə qarşınızdayıq. Biz mərkəzdə yerləşirik. Bu isə iş görüşlərinə tıxacsız, problemsiz, vaxtında çatmağa imkan verir. Hətta bəzi nöqtələrə piyada belə gedə bilərsiniz.

3. Zamanla məqsədinizə nail olacaqsınız

“Time” Biznes Mərkəzinin ön büro əməkdaşları sizi gülərüzlə qarşılayıb müvafiq qaydada yönləndirəcəklər. Qonaqların və işçi heyətinin rahatlığı üçün 1-ci və 2-ci mərtəbədə “La Cimbali”, “Frenox”, “Imalat”, “Angelo” kimi tanınmış dünya brendlərinə məxsus avadanlıqla təchiz edilmiş kafe və restoran fəaliyyət göstərir.3-cü mərtəbədə sizi ümumi sahəsi 300 m2 təşkil edən müasir iclas və konfrans otaqları gözləyir. 4-cü mərtəbədən başlayaraq 11-ci mərtəbəyə qədər sizin tələblərinizə cavab verən, istənilən ölçüdə ofis sahələri mövcuddur.

4. Zaman sizin ən etibarlı tərəfdaşınızdır

Əmin ola bilərsiniz ki, sizin iş şəraitinizi və rahatlığınızı heç nə poza bilməz. “Time” Biznes Mərkəzinin beynəlxalq standartlara cavab verən müasir səs izolyasiyası sistemləri Bakı küləyinin səsini ofisə buraxmır. Ümumi sahəsi 13,000 m2 olan “Time” Biznes Mərkəzi dünyaca məşhur konsaltinq şirkəti “MEP Mühendislik, Teknik Müşavirlik ve Tic. Ltd. Şti.” tərəfindən layihələndirilib. Havalandırma sistemi Amerika İstilik, Soyutma və Havalandırma Mühəndisləri Cəmiyyəti (ASHRAE) və Avropa Standartlaşdırma Komitəsinin (EN) standartları əsasında qurulub.Mövsümlər arası dövrdə ofisinizin hava şəraitinə özünüz nəzarət edə biləcəksiniz. Bunun üçün müasir dövrün ən son isitmə/soyutma texnologiyası VRF (Dəyişən soyuducu freon axımı) köməyinizə gələcək. Bütün iclas otaqları tam avtomatlaşdırılmış, nəzarət oluna bilən VAV (Dəyişkən hava həcmləri) sistemi ilə təchiz olunub. Xüsusi avadanlıq sayəsində “Time” Biznes Mərkəzində hər zaman təmiz hava hökm sürur. Bu da ofisin içində hər mənada sağlam ab-hava yaradır. Qışda isə heç kəs soyuqdan şikayət etməyəcək. Çünki istilik sistemi dekorativ tavan tipli konvektor vasitəsilə təmin olunur. Binada ABŞ Milli Yanğından Mühafizə Assosiasiyası (NFPA) və yerli normalara uyğun yanğından mühafizə sistemi, o cümlədən, sprinkler, yanğın şlanqları, açılış klapanları və tüstüyə nəzarət sistemləri mövcuddur. Yanğına davamlı aşağı voltlu kabel və boru sistemləri isə sizin təhlükəsizliyinizi bir daha sığortalayır.Binanın hər mərtəbəsində avtomatlaşdırılmış panellər və nəzarət qurğuları vardır. Müasir video müşahidə, telefon və televiziya sistemləri isə sizin işinizi daha da asanlaşdıracaq. Bütün Bakıda işıq olmasa belə bizim bütün binanı 24 saat fasiləsiz enerji ilə təchiz etmək imkanımız vardır. Ofisiniz müşahidə kameraları vasitəsilə fasiləsiz nəzarət altında olacaqdır.

5. Zaman sizin nəyə qadir olduğunuzu göstərəcək

Ofisin səliqəli və rahat olması ən vacib və ilkin şərtlərdən biridir. “Time” Biznes Mərkəzi adına layiq olaraq zamanla ayaqlaşan cəsur və müasir görünüşə malikdir. Bina “Milliken” xalı plitələr ilə döşənib. Bu isə sağlamlığına dəyər verənlər üçün əsl tapıntıdır. “Kalebodur Kalesinterflex” fasad örtükləri binanın eksteryerinə gözəllik qatmaqla yanaşı, həm də çox möhkəmdir və atmosfer proseslərinin təsirinə qarşı yüksək dərəcədə davamlılıq nümayiş etdirir. “Reynaers” alüminium pəncərələr yüksək dərəcədə günəşdən qoruma xüsusiyyətinə malikdir. “SunGuard” HP Neutral 60/40 yüksək innovasiyalı şüşələr düşən işığın maksimal ötürülməsini və ultrabənövşəyi şüalardan yüksək müdafiəni təmin edərək günəş enerjisinin istiliyini minimuma endirir. Bu isə o deməkdir ki, ofisiniz hər zaman işıqlı olacaq, lakin istidən əziyyət çəkməyəcəksiniz. Yanğın pilləkənləri isə rəngli SunGuard® HP şüşə qapıların arxasında yerləşdirilib.

6. Zaman sizin malik olduğunuz ən vacib resursdur

Binanın elektrik sistemləri tanınmış konsaltinq şirkəti “ENKOM Mühendislik Müşavirlik Elektrik Taah.San. ve Tic.Ltd. ŞTI” tərəfindən layihələndirilib. Time” ofis binasının elektrik sistemi müasir texniki standartlara cavab verir. Belə ki, binada ”Busbar” enerji paylama sistemi mövcuddur. Ofislər 24 saat fasiləsiz enerji ilə təmin edə biləcək 1100kVA gücünə malik 100% ehtiyat generator dəsti ilə təchiz olunub. Cərəyanın dəyişməsini nəzarətdə saxlayan və gücü 40 kVA təşkil edən ümumi UPS sistemi quraşdırılıb. Avtomatik işıqlandırma sistemi vardır.İP şəbəkə protokolu (Internet Protocol) və CCTV (Qapalı dövrə TV sistemi) müşahidə nəzarət sistemləri dayanmadan çalışır. Çoxkanallı peyk TV sistemi, fiber optik İT infrastrukturu, telefon infrastrukturu mütləq şəkildə fəaliyyət göstərir. Yanğın siqnalizasiya sistemi isə ABŞ Milli Yanğından Mühafizə Assosiasiyasının (NFPA) standartlarına tam cavab verir. Bundan əlavə ümumi xəbərdarlıq sistemi, girişə nəzarət sistemi, hətta Faradey qəfəsi kimi adlandırılan ildırımdan mühafizə sistemi sizin ofisinizin mühafizəsini təmin edir.

7. Zaman sizin əsərinizdir

Əlbəttə, müasir texniki göstəricilərə malik ofis məkanı həm də nəfis tərtibata malik olmalıdır. Bu isə asan məsələ deyil. Biz ən müxtəlif zövqləri belə qane edəcək interyer yaratmışıq. Bu işə də texniki sistemlərə yanaşdığımız qədər ciddi yanaşaraq, heç bir detalı gözdən qaçırmamışıq. Dizayna və rahatlığa verdiyimiz dəyəri isə Böyük Britaniya dizayn və memarlıq şirkəti həyata keçirib. Belə ki, “Lindner” falş döşəmə və asma tavan sistemləri, “Milliken” xalı örtükləri, gözoxşayan rənglər və işıqlandırma, xüsusi zövqlə seçilmiş mebel və avadanlıqlar ofisin ümumi simasını təşkil edir. Bəli, bu məkanda gözəllik və zövq artıq ən son texnoloji göstəricilərlə birləşmişdir. Bundan isə yararlanmaq zamanıdır!